Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib.
Supersport.Az saytının məlumatına görə, “Zəfər turu”nun açılış matçında “Səbail” “Turan Tovuz”u qəbul edib. Paytaxt klubu əvvəlcə hesabda geri düşsə də, sonradan 2 qol vuraraq qalib gəlib.
Bu komandalar arasında ilk dövrədəki matçda paytaxt klubu səfərdə qalib gəlib.
Turun digər oyunları şənbə və bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası
XII tur
3 noyabr (cümə)
19:00. “Səbail” – “Turan Tovuz” 2:1
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
“ASCO Arena”
4 noyabr (şənbə)
16:00.“Qarabağ” – “Kəpəz”
18:00.“Sumqayıt” – “Araz-Naxçıvan”
5 noyabr (bazar)
16:00.“Qəbələ” – “Neftçi”
18:30.“Sabah” – “Zirə”