Supersport.Az xəbər verir ki, “Neftçi”nin heyətində zədəli futbolçular var. Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, mikro zədəsi olan Qara Qarayev də fərdi məşğul olur. Əvəzində, Eddi İsrafilov və Andre Şinyaşiki artıq komanda ilə məşqləri bərpa ediblər.
Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” ilə matçda ötən tur qırmızı vərəqə alaraq cəzalı duruma düşən Yuri Matias iştirak etməyəcək. Məlumat “Neftçi”nin mətbuat xidmətindən verilib.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu noyabrın 5-i saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
