Supersport.Az-a Çelenc Kubokunda Slovakiyanın “TJ Spartak MYJAVA” kollektivini mübarizədən kənarlaşdıraraq 1/16 final mərhələsinə vəsiqə qazanan kişilərdən ibarət “Xarı Bülbül Şuşa” voleybol klubunun prezidenti Hacı Nuran Hüseynov açıqlama verib.
“Sevindiricidir ki, vətənimizdə keçirilən hər iki oyunda rəqibi məğlub etdik. Baxmayaraq ki, matçlar ağır keçdi. Komandamıza inamım sonsuz idi. Xalqımızı təbrik edirəm. Allaha şükür komandamız zəhmətinin bəhrəsini gördü, növbəti mərhələyə adladı”.
Klub rəhbəri, bildirib ki, məqsəd Şuşa adını dünyaya daha çox çatdırmaq və Şuşada oynamaqdır.
“Avropa yarışında ölkəmizi layiqincə təmsil etmək, mümkün qədər irəli getmək üçün bütün varlığımızı sərf edəcəyik. “Xarı Bülbül Şuşa” növbəti mərhələdə “Panatinaikos”la qarşılaşacaq. Bu rəqiblə oyunlar daha gərgin keçəcək. Komandamız qarşıdakı matçlara daha yaxşı hazırlaşmağa çalışacaq”.
“Xarı Bülbül Şuşa” növbəti mərhələnin ilk oyununu noyabrın 29-da Yunanıstanın paytaxtı Afinada “Panatinaikos”a qarşı keçirəcək. Cavab oyununun keçirilmə vaxtı isə dəqiqləşməyib.