Supersport.Az xəbər verir ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.
Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə bu mükafata Amarika Birləşmiş Ştatlarının “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb. Argentinalı hücumçu karyerasında 8-ci dəfə müvafiq titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı Mayami komandasının sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib. Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.
