Minifutbol üzrə Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/8 final mərhələsinə start verilib.
Supersport.Az-ın məlumatına görə, maksimum nəticə ilə pley-offa adlayan Azərbaycan millisi bu gün Portuqaliya ilə qarşılaşıb. Yığma komandamız rəqibinə 3 qol vuraraq, növbəti mərhələyə vəsiqə qazanıb.