Supersport.Az xəbər verir ki, AFFA İntizam Komitəsi bəzi qərarlar qəbul edib.
28.10.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyununda Gəncə klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə qonaq komanda 700 manat cərimə edilib.
Matç bitdikdən sonra “Kəpəz”in analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
