Supersport.Az xəbər verir ki, AFFA İntizam Komitəsi iki klubu da cəzalandırıb.
29.10.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.
Oyununun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
Matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.