Supersport.Az-ın məlumatına görə, avrokuboklarda qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra UEFA klubların yeni reytinqini açıqlayıb.
Son 5 mövsümün nəticəsinə əsasən “Qarabağ” 2 pillə geriləyib. Azərbaycan klubu 26 xalla 62-cidir. Avropa Liqasında qrup lideri “Bayer 04 Leverkuzen” “Qarabağ”a qalib gəlsə də, 67 xalla 19-cu pillədə qalıb. “Molde” 24.5 xalla 65-ci, “Hakken” 6 xalla 215-ci yerdədir.
“Qalatasaray” 30.5 xalla 1 pillə düşərək 53-cüdür. “İstanbul Başakşehir” (29 xal, -2) 56-cı, “Fenerbahçe” (28 xal, +3) 57-cidir.
Digər klublarımızın reytinqdə yeri:
135.”Neftçi” 10 xal
275. “Qəbələ” 4.5 xal
322(+1). “Sabah” 3.575 xal
322(+1). “Zirə” 3.575 xal
322(+1). “Sumqayıt” 3.575 xal
322(+1). “Səbail” 3.575 xal
Qeyd edək ki, reytinqdə ilk “üçlük”də dəyişiklik yoxdur: 1.”Mançester Siti” (130 xal), 2.”Bayern Münxen” (126 xal), 3.”Real Madrid” (112 xal).