Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında XI tur bu gün başa çatıb.
Respublika stadionunda “Qarabağ” “Araz-Naxçıvan”la qarşılaşıb. Ağdam klubu qələbə qazansa, zirvəyə yüksələcək, “Zirə”nin liderliyinə son qoyacaqdı. Ancaq “Qarabağ” məğlub olaraq ikinci pillədə qalıb.
30 oktyabr (bazar ertəsi)
19:00 “Araz-Naxçıvan” – “Qarabağ” 2:1
Qollar: Orxan Əliyev 75-pen, Elvis Maşike 90+2 – Olavio Juninyo 90+7.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
T.Bəhramov adına Respublika Stadionu
Turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə 2:2 hesablı heç-heçəylə kifayətlənib, “Turan” “Kəpəz”i 4 qolla darmadağın edib, “Sumqayıt” “Qəbələ”ylə qolsuz oynayıb, “Neftçi” “Sabah”a 0:1 məğlub olub.