Azərbaycan millisinin üzvü Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” bu gün İsveç çempionatında 28-ci tur oyununu keçirib.
Supersport.Az-ın məlumatına görə, komanda səfərdə “Brommopoykarna” ilə qarşılaşıb. Matçda “Yurqorden” 2:1 hesablı qələbə qazanıb.
Musa bu görüşdə start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə Noel Milleskoqla əvəzlənib.
Qeyd edək ki, “Yurqorden” hazırda turnir cədvəlində 50 xalla 4-cü, “Brommopoykarna” isə 27 xalla 14-cüdür.