Supersport.Az xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XI turunda “Kəpəz”i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
“Hər iki komanda üçün bu matç mühüm əhəmiyyət kəsb edirdi. Biz nəhayət ki, evdə qələbə qazanmaq istəyirdik. Rəqib isə uğursuz oyunlar seriyasına son qoymağı hədəfləyirdi. Turlar keçdikcə çempionat gərginləşir. Ona görə də bu qələbəyə çox ehtiyacımız var idi.
Qərb derbisi həmişə maraqlı keçir. Bu oyun çempionatımıza gözəllik verir və belə matçda böyükhesablı qələbə qazanmaq çox xoşdur. Futbolçularım daha çox fərqləndikcə onlarda özünəinam artır”.