Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Supersport.Az-ın məlumatına görə, Qərb derbisində “Turan Tovuz” “Kəpəz”i sınağa çəkib.
Tovuz şəhər stadionunda meydan sahibləri 4:0 hesablı qələbə qazanıb. “Turan”ın qollarını 45-ci dəqiqədə Otto Con, 54-cü dəqiqədə Roderik Miller, 58-ci dəqiqədə Sertan Taşkın, 67-ci dəqiqədə Luis Paçu vurub.
Tovuz klubu klubu xallarını 15-ə çatdıraraq beşinci sırada “Neftçi”yə çatıb. Gəncə təmsilçisi isə 6 xalla sonuncu (10-cu) pillədədir.
Qeyd edək ki, günün ilk matçında “Zirə” “Səbail”lə heç-heçə edib – 2:2. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.