Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Supersport.Az-ın məlumatına görə, o, həlledici qarşılaşmada İsveçrə təmsilçisi Yelena Quriçi 4:3 hesabı ilə məğlub edib.
Beləliklə, İ.Zaretska üçqat dünya çempionu olub. Təcrübəli idmançı 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da birinci yeri tutub.