Supersport.Az Bakıda Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) komandasının 1/32 final mərhələsində Slovakiyanın “Spartak” (Miyava) kollektivi ilə oyununda vəfat edən diktor Ramiz Qafarovu videogörüntüyə alıb.
Tanınmış aparıcının səhhəti matçın birinci setində pisləşib. Ramiz Qafarov infarkt keçirib və həkimlər ona təcili yardım göstərsə də, həyatını xilas etmək mümkün olmayıb.
Oyunu Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Müdafiə Sənayesi naziri Mədət Quliyev də izləyib.
Ramiz Qafarov “Qarabağ”ın da ev oyunlarında diktorluq edirdi və klubun Qarabağda keçirəcəyi matçlarda aparıcılıq etməyi arzulayırdı.