Supersport.Az Bakıda Avrokubokun 1/32 final mərhələsinin ilk oyununda Slovakiyanın “TJ Spartak MYJAVA” klubunu məğlub edən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubunun prezidenti Hacı Nuran Hüseynovdan açıqlama alıb. Komanda rəhbəri, çətin qələbə qazanıldığını, sevincli olduğunu bildirib. O, cavab matçında da qalib gəlib mərhələ adlamağın və Şuşada da oyun keçirməyin vacibliyini qeyd edib.
