Supersport.Az-a açıqlamasında Bakıda Avrokubokun 1/32 final mərhələsinin ilk oyununda Slovakiyanın “TJ Spartak MYJAVA” klubunu məğlub edən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” komandasının qələbəsinə Dövlət Gömrük Komitəsinin sədri və Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov münasibət bildirib.
“Hamını təbrik edirəm. Şuşa komandası çox yaxşı oyun göstərdi, vacib qələbə qazandı və növbəti mərhələyə adlamaq şansı böyükdür. İnanıram ki, komandamız sabah buna nail olacaq”.
Xatırladaq ki, bu iki komanda sabah yenə Bakıda üz-üzə gələcək. Şuşa klubu ilk matçda 3:0 (25:23, 25:21, 27:25) hesablı qalib gəlib.