Supersport.Az-ın məlumatına görə, kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün Avrokubokda mübarizəyə başlayıb.
Azərbaycanı Çelenc kubokunda təmsil edən “Xarı Bülbül Şuşa” komandası 1/32 final mərhələsində Slovakiyanın “TJ Spartak MYJAVA” kollektiviylə qarşılaşıb. Şuşa təmsilçisi 3:0 hesablı qələbə qazanıb. Komandanın zəfərini şəhid, qazi ailələri də izləyib və onlarla xatirə şəkli çəkdirilib.
Tərəflərin qarşılıqlı razılığına əsasən sabah cavab oyunu da Bakıda keçiriləcək.
25.10.2023
18:00 “Xarı Bülbül Şuşa” – “TJ SPARTAK MYJAVA” 3-0 (25:23, 25:21, 27:25)
26.10.2023
18:00 “TJ SPARTAK MYJAVA” – “Xarı Bülbül Şuşa”