“Neftçi”nin yayda heyətinə cəlb etdiyi Yuri Matiası “Qarabağ” almaq istəyir.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 28 yaşlı braziliyalı müdafiəçinin oyununu bəyənir.
Supersport.Az-a açıqlamasında “Neftçi”nin futbolçusu Yuri Matias “Qarabağ”ın təklifinə müsbət yanaşdığını bildirib. O deyib ki, qış transfer pəncərəsində klublar arasında, meneceriylə danışıqlar olacaq və bundan sonra transfer məsələsi müəyyənləşəcək.
Qeyd edək ki, “Neftçi”nin yeni müdafiəçisi Yuri Matias Azərbaycan Premyer Liqasında 3 qol vurub.