Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Supersport.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 414 komandanın olduğu siyahıda Azərbaycanın yenə 3 təmsilçisi yer alıb.
“Qarabağ” 3 pillə irəliləyərək, 144,5 xalla 61-ci yerə qalxıb. Azərbaycan çempionu “Ayaks” (Niderland), “River Pleyt” (Argentina), “Qalatasaray” (Türiyə), “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya), “Olimpik” Marsel (Fransa) və başqa məşhur klubları keçib.
“Sabah”la “Neftçi” geriləyib. Murad Musayevin çalışdırdığı komanda 63,5 xalla 286-cı yeri 302-ci pilləyə dəyişib. Adrian Mutunun klubu 61,75 xalla 311-ci yerdən 318-ə düşüb.
Qeyd edək ki, dünya reytinqində İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (304 xal) birincidir. İspaniya təmsilçisi “Real Madrid” 291 xalla ikinci, İtaliya “İnter”i (254) üçüncü yerə yüksəlib.