Supersport.Az-ın məlumatına görə, “Real Madrid”in sponsoru BMW şirkəti futbol komandasının bütün oyunçularına və heyətinə elektriklə işləyən avtomobil hədiyyə edib. Türkiyə millisinin futbolçusu Arda Gülerə verilən maşının qiyməti heyrətləndirib.
“Real Madrid” və BMW arasında sponsorluq müqaviləsində verilən avtomobilin Türkiyədə dəyəri 15 milyon türk lirədir (919 min 500 manat).
