Supersport.Az xəbər verir ki, 2032-ci ildə futbol üzrə Avropa çempionatı Türkiyə və İtaliyada keçiriləcək.
Qardaş ölkə 1 milyard dollar gəlir qazanacaq. Bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib.
2028-ci ildəki yarış isə Böyük Britaniya və İrlandiyada təşkil olunacaq.
Qeyd edək ki, Türkiyə ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.