Supersport.Az avrokubokların qrup mərhələsində 10-cu dəfə mübarizə aparan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan açıqlama alıb.
Mütəxəssis bildirib ki, qrupda iki qələbə qazanmaq azdır.
“Həmişə qrup mərhələsindən daha irəli getməyi istəmişik. Bəzi hallarda Konfrans Liqasında buna nail olmuşuq. Bu il irəliləməyə daha çox şansımız var. Ancaq qrupda iki qələbə heç nə demək deyil. Qarşıdakı 4 oyunda maksimum çalışacağıq ki, yaxşı oyun və nəticə göstərək. Çox istərdik ki, əvvəlki illərlə müqayisədə daha irəli gedək”.