Supersport.Az Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə”yə məğlub olan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun açıqlamasını videogörüntüyə alıb. Mütəxəssis komandasının xal itkilərində hakimləri günahlandırıb. “Turan”ın baş məşqçisi əvvəlcə “Sumqayıt”la matçda referi Kamal Umudlunun, “Zirə”ylə oyunda isə baş hakim İnqilab Məmmədovun səhvlərinin komandasına zərbə vurduğunu bildirib.
