Supersport.Az-a açıqlamasında tanınmış mütəxəssis Qurban Qurbanov “Neftçi”-“Qarabağ” derbisi ərəfəsində fikirlərini bildirib.
Ağdam klubunun baş məşqçisi hesab edir ki, rəqib gcülüdür və oyun çətin olacaq.
“Çalışacağıq ki, rəqibi daha yaxşı tanıyaq. Bizim üçün vacib oyundur. Çox yaxşı komandaya qarşı oynayacağıq. “Neftçi” son matçlar yaxşı oyun göstərir. Ən azı azarkeşlər üçün maraqlı matç olacaq”.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu oktyabrın 8-də 19:30-da “Neftçi Arena”da başlanacaq.