Supersport.Az Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə “Hekken”lə qarşılaşacaq “Qarabağ”ın futbolçusu Maksim Medvedevdən dünən Bakıda açıqlama alıb. Təcrübəli oyunçu statistikada üstün olsalar da, aldanmamağın, İsveçdə ən yaxşı oyunlarını keçirməyin vacibliyini bildirib.
