Supersport.Az Avropa Liqasının qrup mərhələsinin ikinci turunda İsveçdə “Hekken”lə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan açıqlama alıb.
Mütəxəssis bildirib ki, oyuna ciddi hazırlıq gedir.
“Allaha şükür hazırlığımız normaldır. Rəqib çox istəkli, təhlükəli komandadır, bizə çətinlik törədə bilər. Buna baxmayaraq, ciddi məşqlər gedir. Yaxşı oyunla nəticə qazanmaq istəyirik”.