Supersport.Az İsveç çempionatının 25-ci turu çərçivəsində keçirilən “Hakken” – AİK oyununda vurulan 2 qolu təqdim edir.
Meydan sahibi komanda Edvard Çilufyanın iki dubluyla qələbə qazanıb. İsveç çempionatında “Malmö” 55 xalla birinci, “Elfsborq” 54 xalla ikinci, “Hakken” 50 xalla üçüncü yerdədir.
Qeyd edək ki, oktyabrın 5-də Avropa Liqasının qrup turnirinin ikinci turunda “Qarabağ” İsveçdə “Hakken”lə qarşılaşacaq.