Supersport.Az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının H qrupundakı rəqibi “Bayer Leverkuzen” Almaniya Bundesliqasında 6-cı tur oyununda səfərdə “Maynts”la qarşılaşıb. Matçda qonaq komanda 3:0 hesablı qalib gəlib. “Bayer”ə qələbə qazandıran qolları Qrimaldo və Hofmann vurub. Oyunda hesab isə avtoqolla açılıb. Leverkuzen klubu məğlubedilməzlik seriyasını 8-ə çatdırıb. Xabi Alonsonun komandası Almanya Kubokunda “Teutonia Ottensen”i 8-0 məğlub edərək mərhələ adlayıb.
Qeyd edək ki, Bundesliqada ilk üç pillədə “Bayer Leverkuzen” (16 xal), “Ştutqart” (15 xal) və “Bayern Münxen” (14 xal) qərarlaşıb. “Maynts” 1 xalla 18-ci-sonuncudur.
Xatırladaq ki, “Qarabağ”la Bundesliqa təmsilçisi arasında ilk matç 26 oktyabrda Almaniyada, cavab oyunu isə 9 noyabrda Bakıda keçiriləcək.