Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, bu gün daha 2 qarşılaşma keçirilir.
Günün ilk matçında “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edib. Bakı klubu çətin Tovuz səfərində qalib gəlib. Bu qələbəylə xallarını 12-yə çatdıran “ağ-qaralar”, turnir cədvəlində dördüncü yerə yüksəlib.
Günün digər matçında “Səbail” son turlar uğursuz çıxış edən “Sabah”la qarşılaşıb. Son 4 turda maksimum nəticə göstərən Şahin Diniyevin komandasının ardıcıl beşinci qələbəsini qazanmaqla yenidən ikinci pilləyə yüksəlmək istəyi alınmayıb. Murad Musayevin çalışdırdığı klub isə ardıcıl 7 tur xallar itirib.
Dünən başlayan tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
30 sentyabr (şənbə)
18:00. “Səbail” – “Sabah” 2:2
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
“Turan Tovuz” – “Neftçi” – 0:1
Qol: Aaron Olanare, 83
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Tovuz şəhər stadionu
1 oktyabr (bazar)
16:00. “Kəpəz” – “Qəbələ”
18:30. “Araz-Naxçıvan” – “Zirə”
29 sentyabr (cümə)
“Qarabağ” – “Sumqayıt” – 5:0
Turnir cədvəlində ilk üç pillədə “Zirə” (7 oyun, 16 xal), “Qarabağ” (8 oyun, 16 xal) və “Səbail” (8 oyun, 14 xal) qərarlaşıb.