Supersport.Az-ın məlumatına görə, Devid Bekhemin keçmiş şəxsi meneceri, İngiltərə Futbol Assosiasiyasında çalışmış, “High Park Communications” şirkətinin təsisçisi və direktoru, Strategiya, Rəqəmsal və Media İdarəçiliyi, eləcə də mentorluq üzrə kommunikasiyalar eksperti, Asiya Futbol Konfederasiyasında kommunikasiya direktoru olmuş Kolin Qibson (Colin Gibson) Qarabağa sevgisini nümayiş etdirib.
Media mütəxəssisi saytımıza açıqlamasında “Qarabağ” Futbol Klubuna azarkeşlik etdiyini bildirib.
Colin Gibson Gənclər və İdman Nazirliyinin təşkilatçılığıyla üç gün Qubada Azərbaycanın idman jurnalistlərinə seminar keçib.
Məşhur ekspert Bakıda keçirilən I Avropa Oyunlarında media əlaqələri üzrə departament direktoru vəzifəsində, həmçinin uzun müddət məşhur “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi mətbuat orqanlarında çalışıb.