Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Supersport.Az xəbər verir ki, “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina Azərbaycan Premyer Liqasının VII turunda “Qəbələ” ilə matçda təcavüzkar davranışa yol verməsinə səbəbindən qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qarabağ” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin olunub.