Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının 3-cü turun təxirə salınmış oyununda milli komandamızın qolkiperi Şahruddin Məhəmmədəliyevin çıxış edtiyi “Adana Dəmirspor” “Beşiktaş”ı qəbul edib. Adana klubunun heyətində 10 futbolçu çıxış edə bilməsə də, qələbə qazanıb.
21:00 “Adana Demirspor” – “Beşiktaş” 4-2
Qollar: 8′ Belhanda, 17′ Mbaye Niang, 59′ Emre Akbaba, 75′ Yusuf Erdoğan – 78′ Vinsent Aboubakar, 89’ Milot Raşika
Əksər oyunçular qarşılaşmanın oynanması lazım tarixdən öncə heyətdə olmadığı üçün bu görüşdən kənarda qalıb.
“Adana Demirspor”da “Kasımpaşa”yla oyunda qırmızı vərəqəylə cəzalanan qolkiper Ertaç Özbir, Benjamin Stambouli, Kevin Rodriges və komandaya sonradan qoşulan Şahrudin Məhəmmədəliyev, Mario Balotelli, Pape Cisse, Edouard Michut, Arber Zeneli, Florent Shehu və Yılmaz Aktaş da matçda iştirak etməyib.