“Neftçi”nin baş məşqçisi Adiran Mutu 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
Supersport.Az-ın məlumatına görə, rumıniyalı mütəxəssis özünün sosial hesablarında Azərbaycan bayrağı və Xarı bülbül simvolunun əksi olan şəkil paylaşıb və belə yazıb:
“Azərbaycan uğrunda döyüşən şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”
Qeyd edək ki, Rumıniya futbolunun əfsanələrindən olan Adrian Mutunun Feysbukda 514 min, İnstaqramda isə 234 min izləyicisi var.