Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya Kubokunda 1/16 final mərhələsinin oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Zaqreb komandası səfərdə “Ponikve” ilə qarşılaşıb. “Dinamo” 4:1 hesablı qələbəylə 1/8 finala yüksəlib.
“Ponikve” – “Dinamo” – 1:4
Qollar: Kulenoviç, 38 (0:1), Kaneko, 48 (0:2), Marin, 58 (0:3), Jadek, 65 (1:3), Vrbançiç, 88 (1:4)
Mahir bu görüş zamanı ehtiyatda saxlanılıb.