Supersport.Az saytının məlumatına görə, bu gün AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ” – “Qarabağ” oyununda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun qırmızı vərəqə alması ilə bağlı məsələyə də baxılıb.
Matçın 89-cu dəqiqəsində Qurban Qurbanov 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə edilib.