Azərbaycana qarşı tarixən işğalçı, soyqırım siyasəti yeridən Ermənistanın Qarabağda terrorçu ordusu məhv edilir. Hərbçilərimiz qarşısında düşmən tərəfi son müharibə zamanı təslim olaraq ağ bayraq qaldırdı. Ermənilər Azərbaycan nümayəndələriylə Yevlaxda görüşə gəlməyə məcbur oldular.
Ermənistanın cinayətkar siyasətini dayandırmaq üçün sentyabrın 19-da Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına start verərək 23 saata düşməni məğlub, təslim olmağa məcbur etdi. Qarabağda yaşamaq istəməyənlər indi oranı tərk edirlər. Erməni mətbuatının bu gün səhər xəbərinə görə, Qarabağdan Ermənistana 13 min 550 nəfər gedib.
Ermənistan millisinin sabiq kapitanı, İtaliyanın “İnter” klubunun futbolçusu Henrix Mxitaryan yenə də axmaq açıqlamayla gündəmə gəlib. O, beynəlxalq ictimaiyyətin liderlərinə müraciət edib.
“10 aylıq blokadadan sonra, sentyabrın 19-da Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağı güclü atəşə tutdu.
Dağlıq Qarabağdan Ermənistana məcburi köçkün düşmüş minlərlə erməni ailəsinin acısını, itkisini və insan haqlarının kobud şəkildə pozulmasını öyrənmək ürəyimi parçalayır.
Hazırda Dağlıq Qarabağda insanların əzab-əziyyətinə səbəb olan vəziyyət tarixin ən qaranlıq dövrlərini xatırladır. Biz tez-tez etnik təmizləmə, konsentrasiya düşərgələrinə baxırıq və bunun qarşısını almaq üçün heç kimin kifayət qədər səy göstərməməsinə çox təəssüflənirik.
Keçmiş cinayətlərin qurbanlarını geri qaytara bilmərik, lakin Dağlıq Qarabağda soyqırımın qarşısını almaq üçün hələ vaxtımız var.
Bu dəhşətli vəziyyətdə Laçın dəhlizi ilə humanitar yardım göstərmək, insanlığa qarşı cinayətlərin qarşısını almaq üçün beynəlxalq müşahidəçilər yerləşdirmək lazımdır.
Hazırda beynəlxalq liderlərin etnik təmizləməyə qarşı çıxış etməsi və regionda döyüşlərə son qoymaq üçün bütün mümkün siyasi vasitələrdən istifadə etməsi çox vacibdir.
Uşaqların öz vətənlərində dinc yaşamaq hüququ var”.