Supersport.Az-ın məlumatına görə, “Neftçi” PFK-nın yeni strukturu təsdiqlənib. Kluba Müşahidə Şurası rəhbərlik edir. “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudovdur. Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini Kamil Məmmədov yerinə yetirir.
Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.
“Neftçi” PFK-nın Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.
Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Bu struktura əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir.
