Supersport.Az xəbər verir ki, Ağdam klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılması xahişi ilə çıxış edib.
“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL matçın məkanını dəyişib. “Qarabağ” – “Sumqayıt” matçının “Azersun Arena”da keçirilməsinə qərar verilib. Oyun sentyabrın 29-da saat 20:00-da başlanacaq.