Supersport.Az-ın “Neftçi”nin saytına istinadla məlumatına görə, vitse-prezident Elnur Eyvazov klubdan ayrılıb.
O, 2016-2017-ci illərdə “Neftçi” PFK-nın icraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb, 2017-ci il iyul ayının 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərarın əsasında baş verən struktur dəyişikliyindən sonra “Neftçi”nin vitse-prezidenti postuna təyin olunmuşdu. E.Eyvazov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, bundan əvvəl Kamran Quliyev “Neftçi”nin prezidenti postundan kənarlaşdırılmışdı.