Supersport.Az-ın məlumatına görə, milli komandamızın qolkiperi Şahruddin Məhəmmədəliyevin çıxış edtiyi “Adana Dəmirspor” ciddi problemlə üzləşib. Adana klubunun “Beşiktaş”la 3-cü turun təxirə salınmış matçında 10 futbolçusu forma geyməyəcək. Əksər oyunçular qarşılaşmanın oynanması lazım tarixdən öncə heyətdə olmadığı üçün bu görüşdən kənarda qalacaq.
“Adana Demirspor”da “Kasımpaşa”yla oyunda qırmızı vərəqəylə cəzalanan qolkiper Ertaç Özbir, Benjamin Stambouli, Kevin Rodriges və komandaya sonradan qoşulan Şahrudin Məhəmmədəliyev, Mario Balotelli, Pape Cisse, Edouard Michut, Arber Zeneli, Florent Shehu və Yılmaz Aktaş da matçda iştirak etməyəcək. Baş məşqçi Patrik Klüvert qapı xəttində Vedat Karakuşu meydana buraxacaq.
“Adana Demirspor”-“Beşiktaş” matçı 27 sentyabrda keçiriləcək.
