Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında 9-cu turunda səfərdə autsayder “Rudeş”lə qarşılaşıb. Zaqreb klubu 5:1 hesabı ilə qələbə qazanıb.
Mahir Emreli start heyətdə meydana çıxıb və matçın 38-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. O, görüşün 58-ci dəqiqəsində komandasının 5-ci qolunun ötürməsini edib. 26 yaşlı hücumçu Josip Drmiçə məhsuldar ötürmə verib. Mahir 73-cü dəqiqədə əvəzlənb.
24 sentyabr
21:15. “Rudeş” – “Dinamo” (Zaqreb) – 1:5
Qollar: Masala, 83 – Drmiç, 22, Mahir Emreli, 38, Drmiç, 48, Vidoviç, 53, Drmiç, 58,
“Dinamo” bu qələbənin ardından turnir cədvəlində 16 xalla (7 oyun) 3-cü pillədə qərarlaşıb. “Hayduk” 18 xalla (8 oyun) liderdir.
Xatırladaq ki, M.Emreli bu mövsüm Xorvatiya çempionatında bundan əvvəl meydana çıxdığı 5 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.