Supersport.Az xəbər verir ki, Bakıda beynəlxalq turnirin qalibi olan tanınmış cüdoçu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının saytına verdiyi müsahibədə maraqlı fikirlər bildirib.
“Bu qələbəmə görə Azərbaycan xalqına borcluyam. Öz ölkəmdə həmişə böyük dəstək hiss edirəm. Bu, mənə enerji verir və daha da həvəsləndirir. Mən heç bir zaman stress hiss etmirəm. Əksinə, ilhamla mübarizə aparıram və nəinki özümün, həm də pərəstişkarlarımın ümidlərini doğrultmağa və onları sevindirməyə çalışıram.
Bir vaxtlar mən də tribunalarda azarkeşlik edir, çempionlarımız – Elnur Məmmədli ilə Elxan Məmmədovun döyüşlərinə baxırdım. İndi mən millinin lideriyəm və ikiqat məsuliyyət hiss edirəm. Arzum budur ki, gənc nəsil özlərinə inansın, məşq etməyə davam etsin və dünya şöhrətli idmançılar yetişsin.
İndi bütün diqqət Olimpiadaya hazırlığa yönəlib. Qarşıda hələ Avropa çempionatı olacaq, mən burada yenidən qalib olmaq istəyirəm. Lakin Yay Oyunları xüsusi vacibdir.
Azərbaycan cüdosunda 16 illik Olimpiya qızıl medal həsrətinə son qoymaq üçün əlimdən gələni edəcəyəm”.
