Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt”-“Turan Tovuz” oyunu zamanı biabırçılıq olub. Sumqayıt komandası matçı izləməyə gələn Tovuz klubunun rəhbərliyinə fəxri tribunada yer vermək istəməyib. “Turan”ın rəhbəri Ehtiram Quliyev, rəsmilərindən Nadir Nəbiyev, Səməd Nəsibov, Nəsimi Paşayev və başqa şəxslər bir müddət kənarda qalıb. Bundan başqa, bəzi polislər Tovuz təmsilçisinin nümayəndəsiylə mübahisə edib. AFFA nümayəndəsi, PFL rəsmisi Elgiz Abbasov hər iki problemin aradan qaldırılmasına çalışaraq buna nail olub.
Qeyd edək ki, “Sumqayıt”-“Turan Tovuz” oyunu qolsuz başa çatıb.