Supersport.Az Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsulludan açıqlama alıb.
Qurum rəsmisi əvvəlcə Bakıda təşkil olunan “Böyük Dəbilqə” turnirinin ilk günündə yarışan 13 idmançımızın çıxışına qiymət verib. Yaşar Nəcəfov qızıl, Leyla Əliyeva gümüş medal qazanıb.
Baş katib milli komandanın qarşısında 14 çəki dərəcəsinin 9-da Paris Olimpiadasına lisenziya qazanmaq məqsədi qoyulduğunu bildirib.