Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Supersport.Az-ın məlumatına görə, ilk gündə keçirilən iki oyunda qalib müəyyənləşməyib.
Turun açılış matçında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Turan Tovuz” səfərdə “Sumqayıt”ın qonağı olub. Komandalardan heç biri qol vura bilməyib.
Günün ikinci qarşılaşması lider “Zirə”ylə “Neftçi” arasında keçirilib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılan matçda 1:1 hesabı qeydə alınıb.
Sentyabrın 24-də “Sabah” – “Kəpəz” və “Səbail” – “Araz-Naxçıvan”, 25-də isə “Qəbələ” – “Qarabağ” matçı oynanılacaq.
Premyer Liqa
VII tur
23 sentyabr
18:00. “Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
20:30. “Zirə” – “Neftçi” 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə Olimpiya İdman Kompleksinin stadionu