Supersport.Az Azərbaycan cüdoçusu Yaşar Nəcəfovun (66 kq) Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin finalında yaponiyalı Takeşi Takeokanı 12 saniyəyə “ippon”la məğlub etməsini videogörüntüyə alıb.
Qadın cüdoçu Leyla Əliyeva (48 kq) finalda italiyalı Skutto Assuntaya uduzaraq gümüş mükafatçı olub.
Qeyd edək ki, ilk gündə yarışa qoşulan digər cüdoçular Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov, Əhməd Yusifov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) turnirlə erkən vidalaşıblar.