Supersport.Az Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Molde”yə üstün gələn “Qarabağ”ın prezidenti Tahir Gözəlin fikirlərini videogörüntüyə alıb. Klub rəhbəri Qarabağda ordumuzun erməni terrorçuları üzərində zəfərini qabardaraq, bunun komandanın qalibiyyətində mühüm rol oynadığını qeyd edib.
T.Gözəl “Qarabağ”ın Avropanın yaxşı komandalarını Bakıdan başıaşağı yola saldığını bildirib.
