Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. Bakı İdman Sarayında Niderland yığması ilə qarşılan millimiz 6:1 hesabı ilə qələbə qazanıb. Vilela və Felipinyonun dubl etdiyi oyunda millimizin digər qollarını Qallo və Maneka vurub.
