Supersport.Az Avropa Liqasının qrupunun ilk turunda “Molde”ni sınağa çəkəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb. Mütəxəssis ordumuzun cəbhədə erməni işğalçılarına qarşı antiterror əməliyyatı apardığını deyib: “Allah şəhidlərimizə rəhmət eləsin. Fikrimiz həm oyunda, həm də cəbhədə olacaq. Qələbə qazanmağa çalışacağıq”.
