UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Supersport.Az-ın məlumatına görə, ilk olaraq E, F, G və H qruplarında I turun qarşılaşmaları keçirilib.
“Milan” “Nyukasl”ı məğlub edə bilməyib. Matçda qol vurulmayıb.
Çempionlar Liqasının son qalibi “Mançester Siti” “Srvena Zvezda”yla oyunda ilk hissədə geri olsa da, sonradan 3 qol vurub.
“Barselona” 5 qolla qələbə qazanıb.
“Leyptsiq” “Yanq Boyz”a 3:1 qalib gəlib.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur
E qrupu
“Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya) 2:0
“Latsio” (İtaliya) – “Atletiko” (İspaniya) 1:1
F qrupu
“Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə) 0:0
PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) 2:0
G qrupu
“Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya) 1:3
“Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) 3:1
H qrupu
“Barselona” (İspaniya) – “Antverpen” (Belçika) 5:0
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya) 1:3
Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də keçiriləcək.